SİYASƏT


Vladimir Fesenko: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət mövqe nümayiş etdirmir

Kiyev, 7 fevral, AZƏRTAC

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı müsbət mövqe nümayiş etdirmir.

Bu fikri AZƏRTAC-a açıqlamasında “Penta” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, ukraynalı politoloq Vladimir Fesenko söyləyib. Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti, baş nazir N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət bəyanat verməyib.

“Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştə gedəcəyini görmürəm. O Ermənistanın siyasi kursunun dəyişməyəcəyini də bəyan edib. Ola bilsin ki, perspektivdə Paşinyanın mövqeyində dəyişiklik olsun. Əgər o Ermənistanın daxili siyasətində uğur qazana bilsə, ola bilər, münaqişənin həllində də hansısa mövqe ortaya qoysun”, - deyə Fesenko əlavə edib.

Politoloq bildirib ki, regionda sülhün əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli önəmlidir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.