DÜNYA


Vladimir Putin MDB ölkələrinə KTMT-də müşahidəçi statusu verilməsini təklif edib

Moskva, 16 may, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu vermək təklifini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bu təkliflə V.Putin KTMT-nin Moskvada keçirilən sammitində çıxış edib. O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-yə üzv ölkələrlə qarşılıqlı fəaliyyəti artırmaq lazımdır. Bu baxımdan, MDB ölkələrinə KTMT-də müşahidəçi statusu verilməsini müzakirə etmək yerinə düşərdi.

Rusiya Prezidenti, həmçinin KTMT liderlərinin görüş çərçivəsində birgə bəyanat imzalayacaqlarını qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.