İDMAN


Voleybol üzrə Avropa çempionatının kuboku Macarıstana gətirilib

Bakı, 20 avqust, AZƏRTAC

Qadın voleybolçular arasında Avropa çempionatının kuboku Macarıstana gətirilib. Macarıstan avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına Polşa, Slovakiya və Türkiyə ilə birgə ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, çempionatın kuboku Macarıstana Polşadan sonra gətirilib. Paytaxt Budapeştdə nümayiş olunan kubokun ağırlığı 9,6 kiloqram, hündürlüyü isə 74 santimetrdir.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi çempionatda C qrupunda mübarizə aparacaq. Turnirdə voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər. Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək. C qrupunun oyunları Budapeştdə təşkil olunacaq.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.