SİYASƏT


Volkan Aydemir: Qarabağda keçirilən saxta “seçkilər” Ermənistanın cinayətkar siyasətinin davamıdır

İstanbul, 21 may , AZƏRTAC

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən yaradılan qondarma “dövlət”ə “rəhbər” seçilməsi və saxta “andiçmə” mərasiminin qardaş ölkə mədəniyyətinin beşiyi olan Şuşada keçirilməsi beynəlxalq hüquqa ziddir. Bu, nəinki Azərbaycana qarşı törədilmiş növbəti təxribat, eyni zamanda, bölgədə, eləcə də dünyada sülh və sabitliyə təhdiddir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.

Bütün dünyanın Qarabağın əzəli Azərbaycan torpağı kimi tanıdığını vurğulayan dərnək rəhbəri deyib: “Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar “seçki” şousunu qınayaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, bu seçkiləri tanımadıqlarını və bunun Azərbaycana qarşı açıq-aşkar təxribat olduğunu bildiriblər. Onlar bu “seçkilər”i və onların nəticələrini qeyri-qanuni hesab edərək, bunu bölgədə sülhə və sabitliyə qarşı məsuliyyətsiz siyasi addım, Qarabağ probleminin sülh yolu ilə həllinə ciddi maneə kimi qiymətləndiriblər.

Yalnız Ermənistan rəhbərliyi, onun tərəfdarları və erməni lobbisi tərəfindən dəstəklənən, başqa heç bir beynəlxalq təşkilat və ya ölkə tərəfindən tanınmayan bu “seçkilər”, eyni zamanda, beynəlxalq hüquqa ziddir. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mənfi təsir göstərən bu addım erməni tərəfinin həqiqi niyyətini bir daha ortaya qoyur. Qeyri-qanuni parlament tərəfindən keçirilən saxta “seçkilər” Ermənistanın sülh danışıqlarında beynəlxalq birliyi aldatmağa çalışdığını sübut edir. Buna görə də dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur edərək, işğalçı ölkəyə daha ciddi sanksiyalar tətbiq etməlidirlər. Biz bunu separatçı rejimin, xüsusilə Xocalıda dinc sakinləri vəhşicəsinə qətlə yetirən Ermənistanın cinayətkar siyasətinin davamı kimi qəbul edir, bu təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.