Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüqar Gülməmmədov: "2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilib

Vüqar Gülməmmədov:

Bakı, 5 oktyabr, AZƏRTAC

2019-cu ilin dövlət büdcəsi ilə bağlı Qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin tələblərinə uyğun tərtib edilib, sənəddə həmin maddə ilə müəyyən olunan bütün göstəricilər əksini tapıb. Qanun layihəsi ilə birgə təqdim edilən sənəd və məlumatlar isə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun şəkildə hazırlanıb, müəyyən olunmuş müddətlərdə Hesablama Palatasına da təqdim edilib. Cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlılığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir və büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərini ifadə edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət büdcəsinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirəsində deyib.

2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3,5 faiz çox olmaqla 22,9 milyard manat məbləğində proqnozlaşdırıldığını deyən Hesablama Palatasının sədri qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsi ilk dəfədir büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilib. Büdcə qaydası Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərin reallaşdırılması məqsədilə dövlətimizin başçısının təşəbbüsü ilə qəbul olunub. Bu qaydaların tətbiqi Prezidentin əsas hədəf kimi qarşıya qoyduğu protsiklik siyasətdən uzaqlaşmaq kimi hədəfə xidmət edir. Büdcə qaydasına uyğun olaraq, ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunub. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilib.

Sədr qeyd edib ki, qeyri-neft büdcə kəsirinin hesablanması icmal büdcənin neftdən asılılığını ölçmək üçün istifadə edilən bir fiskal dayanıqlılıq göstəricisidir. Bu baxımdan da büdcə qaydalarının bir istiqaməti də məhz həmin göstəricinin həddi ilə bağlıdır. “Büdcə zərfi”ndə büdcə qaydasına müvafiq olaraq, 2019-cu ilin icmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti 29,5 faiz olmaqla cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırılıb və büdcə qaydalarının tələbinə əməl edilib.

Bildirilib ki, qeyri-neft baza büdcə kəsirinin hesablanması haqqında metodoloji məlumatlar və qaydalar, neft komponentlərinə aid edilən göstəricilər barədə məlumatların “Büdcə zərfi”ndə təqdim edilmədiyini nəzərə alaraq Hesablama Palatası dünya təcrübəsində istifadə edilən 4 ssenari əsasında qeyri-neft büdcə kəsirinin hesablanmasını həyata keçirib. Müxtəlif yanaşmaların tətbiqi ilə fərqli hesablamaların aparılmasında məqsəd yarana biləcək fiskal risklərin minimallaşdırılması imkanlarını müəyyən etməkdir. Tətbiq edilən yanaşmalardan istifadə etməklə aparılmış hesablamalar bu göstəricilərin 30,8 faiz, 26,2 faiz, 35,4 faiz və 33,7 faiz olduğunu göstərir.

“Beləliklə də, təqdim edilmiş qanun layihəsi, layihəni müşayiət edən sənəd və məlumatların qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini vurğulamaq istərdim”,- deyən V.Gülməmmədov diqqətə çatdırıb ki, 2019-cu ildə cari illə müqayisədə 11 tədiyyə növü üzrə artım, 5 tədiyyə növü üzrə isə azalma proqnozlaşdırılıb. 2019-cu ilin dövlət büdcəsi cari illə müqayisədə vergi gəlirlərinin azaldılması, qeyri-vergi gəlirlərinin isə artımla proqnozlaşdırılması ilə xarakterizə olunur. Növbəti ilin dövlət büdcəsinin vergi gəlirlərinin proqnozlaşdırılmasına bir neçə amil təsir göstərib. Həmin amilləri ümumiləşdirərək 2019-cu ilin dövlət büdcəsinin gəlirlərinin proqnoz göstəricilərinin vergi sahəsini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulmuş dəyişikliklər və bu sahədə aparılacaq genişmiqyaslı islahatlar, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatların əsas kapitala yönəldilmiş investisiya xərclərinin artımı və ötən illərdə formalaşmış artıqödəmə məbləğlərinin azaldılması istiqamətində atılan addımlar fonunda tərtib edildiyi qeyd olunmalıdır. Qeyri-vergi gəlirlərinin artırılmasının əsas mənbələri kimi Dövlət Neft Fondundan transfert 398,3 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 127,6 milyon manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları çıxış edir. Ümumiyyətlə, qeyd edək ki, neftin baza qiymətinin növbəti il üçün 9,1 faiz artırılaraq 60 dollar səviyyəsində qəbul olunması dövlət büdcəsinin neft gəlirlərinin artımına əhəmiyyətli təsir göstərmir.

Palatanın sədri deyib ki, 2019-cu il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləği 11364,3 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirlərində payı 49,5 faiz səviyyəsində və 2018-ci ilin gözlənilən icra göstəricisindən 398,3 milyon manat və ya 3,6 faiz çox olmaqla proqnozlaşdırılıb. Növbəti il üçün transfertin həcmi 2013-cü ildəki səviyyədə proqnozlaşdırılsa da, həmin dövrdə büdcədə neft sektorunun payı 73,2 faiz olub, hazırda isə bu pay 59,8 faizədək azalıb.

Bildirilib ki, növbəti ildə büdcə gəlirlərinin 15,1 faizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin payı olaraq proqnozlaşdırılıb və bu qurum vasitəsilə 2018-ci illə müqayisədə 8,2 faiz çox olmaqla 3,5 milyard manat vəsait təmin ediləcək. Əlverişli makroiqtisadi şərait, o cümlədən gömrük yığımlarına cəlb olunan idxal həcminin artması, eləcə də gömrük rüsumlarının dərəcələrinin cari ildən etibarən optimallaşdırılması Dövlət Gömrük Komitəsi xətti ilə istər vergi, istərsə də qeyri-vergi gəlirləri üzrə proqnozların artıqlaması ilə yığılacağına əminlik yaradır.

“Tərəfimizdən aparılmış hesablamalar göstərir ki, növbəti ildə 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına Vergilər Nazirliyinin xərcləri 3,1 min manat, Gömrük Komitəsinin xərcləri isə 3,8 min manat məbləğində təşkil edəcək. Beləliklə də, yığımın artım tempi ilə müqayisədə həmin yığımı təmin edən inzibati sistemlərin xərclərinə sərf olunan maliyyə resurslarının artım tempinin daha yüksək olduğunu, büdcə gəlirlərinin yığılmasına hər iki qurum üzrə xərclərin artımla proqnozlaşdırıldığını qeyd etmək olar”,- deyə Vüqar Gülməmmədov vurğulayıb.

Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə aid edilən sosial sığorta haqlarının yığılmasının da növbəti ildən etibarən vergi orqanlarının səlahiyyətlərinə daxil edilməsi nəzərdə tutulur. Bu da Vergilər Nazirliyinin inzibati və digər zəruri resurslarının bu istiqamət üzrə də əlavə sərfiyyatı deməkdir.

V.Gülməmmədov bildirib ki, dövlət büdcəsinin xərcləri növbəti il ümum daxili məhsulun 30,2 faizi nisbətində olmaqla 24,8 milyard manat məbləğində proqnozlaşdırılıb. Dövlət büdcəsinin xərclərinin strukturunda dəyişiklik nəzərdə tutulmayıb. Büdcə xərclərinin funksional təyinatlılığı baxımından 2019-cu il dövlət büdcəsinin xərcləri dövlət idarəetmə orqanları, güc strukturları, sosial siyasətin həyata keçirilməsi, investisiya və iqtisadiyyatın digər sahələri, digər xərc istiqaməti üzrə nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin layihəsində büdcədənkənar vəsaitləri üzrə xərclər nəzərəçarpacaq artımla proqnozlaşdırılıb - 626,6 milyon manat və ya 2018-ci illə müqayisədə 28,1 faiz çox. Bu artıma müxtəlif amillər təsir göstərib. Göstərilən xidmətlər üzrə qanunvericilik aktlarında dəyişiklərlə yanaşı, növbəti ildə bir neçə qurum üzrə ilk dəfə olmaqla bu xərclərin nəzərdə tutulması artıma təsir edən əsas amillər olaraq qiymətləndirilməlidir.

“Ümumiyyətlə, Hesablama Palatası büdcə təşkilatlarının xərc normativlərinin hazırlanması, eyni zamanda, büdcədən maliyyələşən xərcləri müəyyən edilərkən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən tələbin icrasını təmin etmək məqsədilə həmin qurumlar tərəfindən büdcədənkənar vəsaitlərinin nəzərə alınması ilə bağlı nəzarətin gücləndirilməsini, analoji yanaşmanın publik hüquqi şəxslərə də tətbiq olunmasını təklif edir. Eyni zamanda, davamlı gəlir mənbəyi yaradan xərclərə üstünlük verilməsi, dövlət büdcəsinin xərcləri hesabına maliyyələşən publik hüquqi şəxslərin mövcud maliyyələşmə mexanizminin dəqiqləşdirilməsi, dövlət əmlakından səmərəli istifadə edilməsi və bu sahədə daxili nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edirik”, - deyə Hesablama Palatasının sədri qeyd edib.

2019-cu il dövlət büdcəsi kəsirinin yuxarı həddinin 1862,6 milyon manat məbləğində müəyyən edildiyini deyən V.Gülməmmədov bildirib ki, dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri qanun layihəsində əvvəlki illərə uyğun olaraq müəyyən edilib. Bununla belə, əvvəlki illərdə xarici kreditlər dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbəyi kimi nəzərdə tutulmur, kreditlərin məqsədli xarakter daşıdığı nəzərə alınmaqla icmal büdcənin xərcində ayrı komponent olaraq göstərilir və icmal büdcənin kəsirinin maliyyələşmə mənbəyi kimi qəbul olunurdu. 2019-cu ildə xarici kreditlər üzrə nəzərdə tutulan 1695,7 milyon manat əvvəlki illərdən fərqli olaraq icmal büdcə xərclərinin tərkibində ayrıca komponent kimi deyil, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkibinə daxil edilərək proqnozlaşdırılıb. Eyni zamanda, bu yanaşmanın tətbiqi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun dövlət büdcəsinin kassa icrası ilə bağlı tələblərinin yerinə yetirilməsi istiqamətində mexanizmlərin də hazırlanmasını nəzərdə tutmalıdır. Kəsirin maliyyələşdirmə mənbəyi olaraq özəlləşdirmədən daxilolmalar 2018-ci ilin proqnoz göstəricisindən 80 milyon manat və ya 20 faiz az olmaqla proqnozlaşdırılıb. Dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına 2019-cu il dövlət büdcəsi kəsirinin 87 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, cari şərtlər daxilində 2019-cu ildə dövlət büdcəsinin yalnız 1 faiz az icra edilməsinin növbəti ildə dövlət büdcəsinin kəsirlə deyil, profisitlə icra olmasına səbəb olacağını qeyd etmək imkanı verir.

Palata sədri deyib ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunub və ilk dəfə olaraq, büdcə qaydaları nəzərə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqda Ulu Öndərin xatirəsi anılıb

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib