SİYASƏT


Vüqar Rəhimzadə: Avropa Parlamentinin Eleni Teoxarus kimi üzvünün olması utancvericidir

Bakı, 4 oktyabr, AZƏRTAC

Avropa Parlamentinin qanlı separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsi ikili yanaşmanın göstəricisidir. Bu, Avropanın bəzi beynəlxalq təşkilatlarının nümayiş etdirdiyi ədalətsizlikdən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Baş redaktorun sözlərinə görə, Avropa Parlamentinin belə bir üzvünün olması utancverici hadisədir: “Hesab edirəm ki, Avropa Parlamentinin bəzi ölkələrə ikili yanaşma nümayiş etdirməsi ədalətsizliyin və ikili standartların nümunəsidir. Bu, birmənalı şəkildə, həmin deputatların xarakterlərini, əsl xislətlərini ortaya qoyan amillərdən biridir.

Eleni Teoxarusun bu addımı beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlib. Bunlar bir çox hallarda antiazərbaycan dairələrlə əlaqəli işləyən insanlardır. Bu insanlar öz şəxsi düşüncələri ilə bərabər, kimlərinsə sifarişlərini icra edirlər. Ümumiyyətlə, o insanların Avropa Parlamentində qalıb-qalmaması məsələsinə baxılmalıdır. Əgər Avropa Parlamenti haqdan, ədalətdən, demokratiyadan, qanunların aliliyindən danışırsa, bunu düşünməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.