İQTİSADİYYAT


Vüsal Qasımlı: Əmək müqavilələri kağız üzərində deyil, elektron qaydada bağlanacaq

Bakı, 25 may, AZƏRTAC

“Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsi əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Əmək və Məşğulluq” mövzusunda keçirilən görüşdə deyib.

O bildirib ki, yeni altsisteminin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaq və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırılır.

“Sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, elektron qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçirilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçidi təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq”, - deyə icraçı direktor qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.