Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüsal Qasımlı: Qarabağın böyük iqtisadi potensialı var

Vüsal Qasımlı: Qarabağın böyük iqtisadi potensialı var

Bakı, 21 oktyabr, AZƏRTAC

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdikcə postkonflikt dövrü və xüsusən də iqtisadi inkişaf diqqət mərkəzinə gəlib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu sahədə ciddi tədqiqatlar apararaq, mütəmadi qaydada nəticələri yerli və dünya mətbuatında rus, ingilis, türk, ispan, urdu, erməni, rumın və başqa dillərdə yayır. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycan iqtisadiyyatının postkonflikt dövründə inkişaf perspektivləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Vüsal müəllim İİTKM Ermənistan iqtisadiyyatına münaqişə nəticəsində dəyən zərərlə bağlı açıqlama yaymışdı. Azərbaycan iqtisadiyyatı bu qələbədən necə faydalanacaq?

- Birincisi, qələbənin gətirdiyi ruh yüksəkliyi Azərbaycan cəmiyyətində özgüvən üçün vacibdir. Məsələn, M.Tetçer 1982-ci ildə Argentinanı məğlub edərək 74 günə Folklend adaları üzərində Britaniyanın nəzarətini təmin etdikdən sonra, Britaniya bu qələbədən pərvazlandı: tetçerizm iqtisadi modeli uğur qazandı, Britaniyanı yenidən “böyük” adlandırmağa başladılar, M.Tetçer dünyada “dəmir ledi” kimi nüfuzunu artırdı.

İkincisi, indiyə qədər Azərbaycan iqtisadiyyatı Ordunu dəstəkləyirdisə, indi Ordu iqtisadiyyata töhfə verir. Azərbaycan 5G – beşinci nəsil müharibə aparır və qanuni torpaqlarını azad edir. İşğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücünü artıracaq. Xüsusən də Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyi son 17 ildə iqtisadiyyatını 3 dəfədən çox böyütməsi, regional neft-qaz və nəqliyyat-logistika layihələrini gerçəkləşdirməsi ilə sübut olunmuşdu. Kissincerin “neftə nəzarət etməklə dövlətlərə, ərzağa nəzarət etməklə insanlara nəzarət mümkündür” sitatına uyğun olaraq Azərbaycan regionun geopolitikası və geoiqtisadiyyatını şəkilləndirərkən yekun bir ştrixə ehtiyac duyurdu. Əhalisinə görə dünyada 90-cı və ərazisinə görə 114-cü ölkə olan Azərbaycan nüfuzlu “US News”un hesabatına əsasən, dünyada 45-ci gücə çevrilməyi bacarıb. Azərbaycanın regional oyunçu statusunda iqtisadi və siyasi üstünlüyünü hərbi potensialının təsdiqi tamamlamalıydı ki, ölkə regional liderliyini tam təsbit etsin. Son 10 ildə Azərbaycanın hərbi büdcəsi ÜDM-in 4 faizi və dövlət büdcəsinin 11 faizi həddində olub. Cari il sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənin 30 il müddətində yaratdığı müdafiə səddi yarılıb və 1988-1993-cü illərdə işğalına illər sərf edilmiş Azərbaycan torpaqları həftələr ərzində azad edilməyə başlayıb. Beləliklə, Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə və düşmən üzərində üstünlüyə çevirməyi bacarıb. Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri – iqtisadi, siyasi və hərbi cəhətdən önə çıxması regionun geopolitikasını və geoiqtisadiyyatını yenidən şəkilləndirir. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan Ermənistan Azərbaycanla son müharibənin ilk 20 günündə 3,5 milyard dollar və ÜDM-in 30 faizi həcmində itki ilə üzbəüz qalıb. Yardımlar olmayacağı təqdirdə bu ziyanı bağlamaq üçün Ermənistana 10 il vaxt lazım olacaq.

Beynəlxalq güclərin dəstəyi ilə Ermənistanın Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxın işğalda saxlaması ölkəmiz üçün “geopolitik lift” sayıla bilərdi: çünki Azərbaycan bütün resurslarını bu müddətdə erməni işğalını aradan qaldırmaq üçün səfərbər etmişdi. Bu “geopolitik liftlər” – neft-qaz və nəqliyyat-logistika layihələri Azərbaycanı Avrasiyanın mərkəzində “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərində yüksək mərtəbələrə qaldıra bilib. XIX əsrdə Napoleonun Böyük Britaniyanı “Kontinental mühasirə” (Blocus continental) cəhdi uğursuzluqla nəticələndiyi halda, Azərbaycanın aqressor Ermənistanı sülhə məcbur etmək üçün onu regional layihələrdən kənarda saxlaması öz sözünü dedi. Müstəqilliyinin məhdudlaşdırılması, tədiyyə balansı və icmal dövlət büdcəsinin xroniki kəsiri, əsas iqtisadi rıçaqlarının itirilməsi və əhalinin dörddəbirinin yoxsulluq həddindən aşağıda olması Ermənistana Qarabağda işğalı davam etdirməyə imkan vermir. Azərbaycanın bu il sentyabr-oktyabr aylarındakı hərbi uğuru – Ermənistan üçün bir həqiqəti çılpaqlığı ilə ortaya qoydu: itirilmiş 30 il. Daha bir tarixi şansın itirilməməsi üçün Ermənistanın işğal siyasətindən əl çəkməsi lazımdır.

- İşğaldan azad olunan torpaqlarda iqtisadiyyatın bərpası necə həyata keçiriləcək?

- İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Hətta ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir. 2020-ci ildən başlayaraq Azərbaycan Ordusunun düşmən tapdağından azad etdiyi ərazilərin də uyğun qaydada bərpası həyata keçiriləcək. 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - “Böyük qayıdışın başlanğıc” nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən ardıcıl olaraq bir neçə dəfə Sərəncam imzalanıb. Cocuq Mərcanlı hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə daha abaddır, iş yerləri və sosial xidmətlərlə daha yüksək səviyyədə təmin olunub. Bu da Azərbaycan və Ermənistanın inkişafa münasibətlərində fərqi göstərir. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə “Böyük qayıdış” da davam edir.

- Ərazilər işğaldan azad olunduqca ermənilərin bizim torpaqlarda talançılıq və dağıdıcılıqla məşğul olması bir daha sübut olunur. Azərbaycana dəyən ziyan nə qədərdi?

- 1988-1993-cü illərdə işğal olunmuş ərazilərdə erməni təcavüzkarları tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə sıradan çıxarılıb və dağıdılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb, soyğunçuluğa məruz qalıb. Bundan əlavə, 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb və 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın, o cümlədən yeraltı yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması, onların qiymətləndirilməsi və bu sahədə elektron məlumat bazası yaradılıb. 2017-ci ilə olan məlumatlara əsasən, silahlı təcavüz nəticəsində itki və tələfatların ümumi dəyəri 820 milyard dollar səviyyəsində olub. İşğaldan azad olunduqca Azərbaycan bu ərazilərə həyat gətirəcək. Ermənistana qarşı vurduğu ziyana görə təzminat iddiası da mümkündür.

- İşğaldan azad edilən ərazilərdə hansı sahələrin inkişaf potensialı var?

- Ərazilərin işğal altında saxlanılması Ermənistana ciddi iqtisadi fayda gətirməyib. Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olmasına, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları kimi çox yayılan faydalı qazıntılara malik olmasına, habelə geniş kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Bəli, Kəlbəcərdə və başqa ərazilərimizdə kustar üsullarla və ətraf mühitə ziyan vurmaqla faydalı qazıntılarımız talanıb. Buna görə cavabdeh şəxslər məsuliyyətə cəlb olunacaqlar.

“AzerGold” QSC və Azərbaycan Sənaye Korporasiyası bu ehtiyatların hasilatı və emalını həyata keçirə biləcək təcrübə, ixtisaslı kadr, ixrac və investisiya imkanlarına sahibdir. Beləliklə, yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi-sənayenin inkişafını sürətləndirəcək. 5G texnologiyalara sahib Azərbaycan Ordusunun təchizatında hərbi sənayemiz öz sözünü deməlidir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək. İkinci Dünya Müharibəsindən sonra ən çox dağılmış iki ölkə - Almaniya və Yaponiya daha sürətlə inkişaf etdi, çünki yeni texnologiyalar tətbiq olundu, iqtisadiyyatın məhsuldarlığı yüksəldi. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın yenidən tikilməsi üçün əksər tikinti materiallarının ehtiyatları elə bu rayonun özündə də var: mişar daşı istehsalına yararlı tulus tuf, çaxmaqçay, tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı vulkan külü, gəc, əhəngdaşı, qum-çınqıl, yəşəm, xalsedon və meşə ehtiyatları.

İşğaldan azad olunan ərazilərdə “tikinti bumu” gözlənilir. Ərazilərimizin azad edilməsi nəticəsində biz qarşıdakı illər üzrə qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyimiz proqnozları yenidən işləməli olacağıq. Çünki Ordumuzun bu qələbəsi həm də qeyri-neft sektorumuzun daha sürətlə böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri çox böyük olacaq. İlkin hesablamamız göstərir ki, qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan çox arta bilər.

- İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı sahəsində hansı perspektivlər var?

- İşğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. İndi isə Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizində istifadə edilir. Belə ki, çayların əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcəkdir ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq.

- İşğalda olan ərazilərimiz həm də su ehtiyatları ilə zəngindir.

- Su ehtiyatlarının 72,7 faizi ölkə xaricində formalaşan Azərbaycanın işğal altında olan su resurslarına çıxışı əhəmiyyətlidir. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Azərbaycan su ehtiyatlarını səmərəli idarə etməklə həm Ermənistanın Azərbaycana qarşı apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq. Xüsusən də Kəlbəcər və Laçın rayonları şirin su ehtiyatları ilə zəngindir, hətta Ermənistanın şirin su mənbəyi olan Göyçə gölünü qidalandıran Arpa və Bərgüşad çaylarının da mənbəyi bu rayonlardadır.

Bundan əlavə, Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı - Sərsəng su anbarı da işğal altındadır. Keçmişdə Sərsəng su anbarı Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını suvarma suyu ilə təmin edirdi. Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı. Sərsəng su anbarı Ermənistanın əlində regional ekoloji və milli təhlükəsizlik üçün təhdiddir.

Azərbaycan mineral su ehtiyatlarının 40 faizinə qədəri işğal altındakı torpaqlardadı. Bu suların həm qablaşdırılaraq satılması, həm də bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması mümkündür. İşğal altındakı 2 qoruq, 4 yasaqlıq və tarixi abidələrin əsasında turizmin inkişafı üçün böyük potensial var. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasının turizm imkanları çox genişdir.

Ermənistan işğal altındakı ərazilərdə 2020-ci ilədək 30 kiçik su elektrik stansiyasının (SES) tikintisi nəzərdə tutsa da, onlardan yalnız 16-sı istifadəyə verilib. Həmin istifadəyə verilmiş SES-lərin ümumi gücü 1976-ci ildə istifadəyə verilmiş gücü 50 meqavat olan “Sərsəng” SES səviyyəsindədir. Nəzərə alsaq ki, Suqovuşan Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub və həmin ərazidə olan “Madagiz 1” və “Madagiz 2” SES-lər dövriyyədən çıxıb və mövcud güc daha da azalıb. Ümumilikdə isə işğaldan sonra Qarabağın enerji sistemi Ermənistandan asılı vəziyyətdədir və istehsal olunan güc ümumi tələbatın 30-40 faizini təmin etmək qabiliyyətindədir.

Prezident İlham Əliyevin uzaqgörənliklə Araz çayı üzərində Xudafərin və Qız qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında İranla gəldiyi razılaşma bu gün öz sözünü deyir. "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 milyon kilovat/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Burada həm də suvarma imkanları mövcuddur.

- Qarabağın dağlıq hissəsində dırnaqarası qurumu maliyyələşdirmək Ermənistanın zəif iqtisadiyyatı üçün nə deməkdir?

- Ermənistan Azərbaycanla resurs müharibəsinə və silahlanma yarışına hazır deyil. Bu, Ermənistanı taqətdən salır və tükəndirir. Ermənistanın dövlət büdcəsində nəzər yetirsək görərik ki, 1995-2020-ci illərdə hərbi xərclər cəmi 7,9 milyard dollar səviyyəsində olub. Eyni zamanda, həmin dövr üzrə qondarma rejimin büdcəsində də Ermənistan büdcəsindən transfertlər olub. Ümumilikdə ötən dövr ərzində Ermənistanın büdcəsində işğalla bağlı təxminən 8,6 milyard dollar həcmində xərc yaranıb ki, bu xərc də ölkə üçün böyük yükdür. Müqayisə üçün deyək ki, qeyd olunan müddət ərzində Ermənistan iqtisadiyyatına qoyulmuş birbaşa investisiyaların həcmi təxminən 8 milyard dollar səviyyəsində olub. Eyni zamanda, həmin xərclər 2020-ci il səviyyəsi nəzərə alınmaqla Ermənistanın 2,5 illik büdcə xərclərinə bərabərdir. Hərbi xərclərin büdcədə dominant olması ölkədə digər sahələrin xüsusilə elm, təhsil, səhiyyə, texnologiya, habelə sosial sektorun maliyyələşdirilməsində ciddi problem yaradıb. Nəticədə hər 4 nəfərindən biri yoxsul olan Ermənistan dünyada ən militarist iqtisadiyyata malik ölkələr arasındadır. Göründüyü kimi, işğal altında saxlanılan Qarabağın Ermənistan üçün heç bir iqtisadi potensialı yoxdur, nəzərdə tutulan bütün “perspektiv planlar” iflasa uğrayıb. Başqa sözlə, Qarabağ Ermənistan üçün iqtisadi yük, Azərbaycan üçün isə iqtisadi potensialdır.

- Ermənistanın işğal altında olan ərazilərdə əhali məskunlaşdırma siyasəti barədə nə deyə bilərsiniz?

- Ermənistan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Belə ki, Ermənistan hökuməti Ermənistandan və digər ölkələrdən, xüsusilə Suriya, Livan və İraqdan olan ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşmasını təşviq etmək məqsədilə maliyyə, maddi-texniki və sair yardımlar göstərəcəyi ilə bağlı müxtəlif vədlər verib. Məskunlaşma siyasəti tam iflasa uğrayıb. Ermənistan statistikasına əsasən bu ərazilərdə təxminən 150 min, erməni mətbuatına görə 40-45 min, işğal olunmuş ərazilərdə aparılmış faktaraşdırıcı missiyanın hesabatlarına əsasən isə cəmi 25 min əhali yaşayır. Xatırladaq ki, işğaldan əvvəl isə həmin ərazilərdə təxminən 1 milyona yaxın azərbaycanlı yaşayırdı. Görünən odur ki, bu ərazi erməni xalqı üçün heç vaxt cəlbedici olmayıb. Eyni zamanda, Ermənistanın mövcud iqtisadi potensialı verilmiş vədlərin icrasını mümkünsüz edib. Depopulyasiya, aşağı doğum faizi və əhalinin qocalması ilə demoqrafik böhran yaşayan Ermənistanın Qarabağda məskunlaşma siyasəti iflasa uğrayıb. Avropada ən sürətli əhali artımına malik olan ölkələrdən biri kimi Azərbaycanın demoqrafik fundamentalları imkan verəcək işğaldan azad olunan ərazilərdə sürətlə məskunlaşma aparılsın, insanlarımız ata-baba yurdlarına geri qayıtsınlar.

Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Çünki dövlətimizin başçısı demişkən “Qarabağ Azərbaycandır!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO