DÜNYA


Vyetnama xaricdən gələnlər üçün məcburi karantin dövrü 21 günədək uzadılıb

Pekin, 19 iyun, AZƏRTAC

Xarici ölkələrdən Vyetnama gələnlər üçün COVID-19 pandemiyası səbəbindən tətbiq olunan məcburi karantin dövrü 14 gündən 21 günə uzadılıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə Vyetnamın mülki aviasiya qurumu açıqlama yayıb. Artıq məsələ ilə əlaqədar ölkənin aviasiya şirkətləri, hava limanları məlumatlandırılıb. Belə bir qərarın qəbul edilməsinin səbəbi son vaxtlar Vyetnamda gündəlik yoluxma hallarının çoxalmasıdır. Səlahiyyətli qurumlar yoluxmaların xaricdən gələnlərlə əlaqəli olduğunu güman edir.

Qeyd edək ki, virusun yayılmasının uzun müddət nəzarət altında saxlanıldığı Vyetnamda aprelin sonundan 4-cü və ən ağır dalğa başlayıb. Bu dövrdəki yoluxmaların əsas hissəsinə virusun Britaniya və Hindistan ştamlarının hibridindən əmələ gələn yeni variantı səbəb olub. Son günlər sutkalıq yoluxma sayı üçrəqəmli ədədlə ifadə olunur. İyunun 17-də isə 515 yoluxma aşkarlanıb ki, bu da pandemiya dövründə Vyetnamda ən yüksək göstəricidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.