SİYASƏT
XARİCDƏ YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİNDƏ TƏHSİL ALMASINA HEÇ NƏ MANE OLMAMALIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransı giriş sözü ilə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı açmış və mövzunun aktuallığını, milli özünüdərk nöqteyi-nəzərindən xüsusi əhəmiyyətini vurğulamışdır.
Çıxış edənlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında ümummilli liderimiz Heydər Əliyevin rolunu xatırlatmış, onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-da dünya azərbaycanlılarının Bakıda keçirilmiş I qurultayının əhəmiyyətini vurğulamışlar. Qeyd olunmuşdur ki, müdrik siyasətçinin irəli sürdüyü “Azərbaycançılıq” ideyasının yayılması, qorunub saxlanması hər vasitə ilə təmin edilməlidir. Bu işdə ana dilində təhsil, doğma mədəniyyətin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Milli Məclisdə qəbul edilmiş müvafiq sənədlər bu istiqamətdə həyata keçiriləcək tədbirlər üçün hüquqi baza rolunu oynayır.
Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər. Müraciətdə belə bir inam ifadə olunur ki, Azərbaycan dövləti, onun rəhbəri ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycançılıq” ideyasının yayılması, xaricdə yaşayan azərbaycanlıların daha sıx birləşməsi, onların ana dilində təhsil almasına mane olan səbəblərin aradan qaldırılması üçün lazım olan bütün tədbirləri görəcəklər.