SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev erməni separatçı rejimi tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri” ilə əlaqədar İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Federal Departamentinin rəhbərinə məktub göndərmişdir.
Bununla əlaqədar olaraq, İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Federal Departamenti adından Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyevin ünvanına cavab məktubu göndərilmişdir.
İsveçrənin xarici işlər naziri münaqişənin 1996-cı ildə ATƏT-in Lissabon sammitində iclas sədri tərəfindən verilən bəyanatda öz əksini tapmış prinsiplər əsasında həllinə öz ölkəsinin bu gün də tərəfdar olduğunu bildirmişdir. Məktubda daha sonra Cənubi Qafqaz regionunda möhkəm sülh yaradılmasına yönələn səyləri isveçrənin hər zaman dəstəklədiyi qeyd edilmiş, tərəflər münaqişənin həlli istiqamətindəki imkanlarının axtarılmasını davam etdirməyə çağırılmışdır