İQTİSADİYYAT
XOCALILAR ƏSİRLİKDƏ DƏ MƏNƏVİ YENİLMƏZLİK NÜMAYİŞ ETDİRMİŞLƏR
Məsələn, Xocalıda əsir götürülmüş Faiq Əliməmmədov tələbə idi. Ermənilər Faiqə digər əsir-girovların gözü qarşısında dəhşətli işgəncələr verərək onun əzmini sındırmağa çalışmış və tələb etmişlər ki, Qarabağın ermənilərə məxsus olduğunu bildirsin. Lakin Faiq dönə-dönə: “Qarabağ Azərbaycanındır”, - deyə təkrar etmişdir. Faiqin qətiyyətini qıra bilməyən erməni quldurları onu vəhşicəsinə güllələmişlər.
Başqa bi misal. Təvəkkül Əmirov, ailəsi ilə birlikdə girov götürülmüşdü. Ermənilər azyaşlı övladlarının gözü qarşısında onu ağaca sarımış və “Qarabağ Ermənilərindir”, - deməyi tələb etmiş, yalnız bu halda onu sağ buraxacaqlarını bildirmişlər. Təvəkkül ermənilərin tələbini qətiyyətlə rədd etmiş və diri-diri yandırılmışdır.
Soydaşlarımızın əsirlikdə və girovluqda göstərdiyi vətənpərvərlik Dövlət Komissiyasının sənədlərində, buraxdığı kitablarda və disklərdə öz əksini tapmışdır.