MƏDƏNİYYƏT
“Xaç atası” filmi təkrar prokata çıxarılacaq
Bakı, 14 yanvar, AZƏRTAC
Frensis Ford Koppolanın “Xaç atası” (1972) filminin bərpa olunmuş versiyası fevralın 24-də ekran əsərinin 50 illik yubileyi münasibətilə təkrar prokata çıxarılacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın film distributor şirkəti “Central Partnership” məlumat yayıb.
Mario Puzonun eyniadlı romanı əsasında ekranlaşdırılan film Nyu-York, Siciliya mafiya ailəsi Korleonenin hekayəsindən bəhs edir. Trilogiyanın ilk filmi 1972-ci il martın 24-də ekranlara çıxıb. Filmdə rolları Marlon Brando, Al Paçino, Daiyan Kiton və başqaları ifa edib.
Filmin bərpası üzərində işlər üç il davam edib. Neqativlərdə olan ləkələrin, zədələnmələrin və digər anomaliyaların aradan qaldırılmasına 4 min saatdan çox vaxt sərf edilib, mütəxəssislər min saatdan çox rəng korreksiyası ilə məşğul olublar. Bütün işlər rejissorun şəxsi nəzarəti altında həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]