CƏMİYYƏT


Xaçmaz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində uşaq ölüb

Bakı, 22 sentyabr, AZƏRTAC

Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndi ərazisində velosiped sürən kənd sakini, 11 yaşlı Bahəddin Səfərəliyev Abşeron rayon sakini C.Nəsirovun idarə etdiyi “Toyota” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində uşaq müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.