REGİONLAR


Xaçmazda avtomobil dirəyə çırpılıb, elektrik və qaz xətləri zədələnib

Xaçmaz, 23 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 22-də Xaçmazda yoldan çıxan avtomobil elektrik dirəyinə çırpılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında şəhərin “20 Yanvar” küçəsində baş verib. Mirəliyev Elxan Nəcməddin oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq yüksəkgərginlikli elektrik xəttini saxlayan dirəyə çırpılıb. Zərbənin gücündən elektrik dirəyi aşaraq qaz və rabitə xətlərini də sıradan çıxarıb. Qəza zamanı sürücü yüngül xəsarətlər alıb.

Qəza baş verən ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.