REGİONLAR


Xaçmazda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Xaçmaz, 18 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyunun 16-da daxil olmuş məlumat əsasında Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayev saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman 0,165 qram heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq hal şahidlərinin iştirakı ilə A.Abdullayevin evinə baxış zamanı oradan satış üçün hazırlanmış bir neçə bükümdə 0,869 qram heroin, 450 qram narkotik vasitə olan qurudulmuş marixuana və 11 ədəd dövriyyəsi məhdudlaşdırılmış narkotik tərkibli Metadon və Preqabalin həbləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.