MƏDƏNİYYƏT


Xalq artisti Murad Hüseynov Avrasiya Xalqları Assambleyasının xüsusi mükafatına layiq görülüb

Bakı, 14 oktyabr, AZƏRTAC

Xalq artisti Murad Hüseynov Avrasiya Xalqları Assambleyasının xüsusi mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. Avrasiya Xalqları Assambleyası Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı ilk dəfə olaraq “Biz təşəkkür edirik!” Beynəlxalq aksiyasının laureatlarını elan edib. Beynəlxalq sülh günü münasibətilə təşkil edilən təntənəli ziyafətdə ilk laureatlara diplom və döş nişanları təqdim olunub. Dünyanın müxtəlif ölkələrindən ictimai təsdiqlə müəyyən edilən laureatların sırasında Azərbaycanın Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynovun da adı yer alır.

Xalq artisti bu mükafata milli musiqi ənənələrinin qorunması və populyarlaşması və Avrasiyada sülh təşəbbüslərinin dəstəklənməsinə verdiyi töhfəyə görə layiq görülüb. Təşkilatın bu mükafatına həmçinin Rafael Ximens Kastaneda (İspaniya Kadis Universitetinin professoru), tanınmış yazıçı, dramaturq və bəstəkar Jon Farndon kimi məşhurlar layiq görülüblər.

Qeyd edək ki, Xalq artisti bundan əvvəl də bir neçə dövlətlərin medal və təltiflərinə layiq görülüb. Bunların sırasında Fransa Senatının medalı, "İncəsənət və Ədəbiyyat" ordeni (Fransa) və "Ləyaqət" ordeninin cəngavərlik xaçını (Macarıstan) vurğulamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.