REGİONLAR


Xalq artisti Murad Hüseynov: Qəbələ Musiqi Festivalı çox möhtəşəm musiqi bayramıdır

Qəbələ, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Musiqi Festivalında bir neçə dəfə iştirak etmişəm. Yenidən burada olmağıma görə çox şadam. Azərbaycanın ən gözəl məkanlarından birində - Qəbələ şəhərində ənənəvi olaraq hər il keçirilən bu festival çox möhtəşəm musiqi bayramıdır. Bu festivalın çox böyük ənənəsi var. Əvvəlki festivallarda dünyanın bir çox ölkəsindən məşhur musiqiçilər, ifaçılar, orkestrlər iştirak ediblər. Builki festival isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub. Festivalın konsertlərində Musiqi Akademiyasının müəllim, tələbə və məzunları çıxış edirlər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XII Qəbələ Musiqi Festivalının iştirakçısı, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı, Xalq artisti, pianoçu Murad Hüseynov deyib.

Bakı Musiqi Akademiyasının çox böyük ənənələri olduğunu vurğulayan musiqiçi deyib: “Akademiyanın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması çox böyük hadisədir. Sevindirici haldır ki, festivalın konsertlərində istedadlı tələbələrə geniş yer ayrılıb. Şübhə etmirəm ki, bu gənclər gələcəkdə Azərbaycanın musiqi ənənələrini dünya səhnələrində böyük uğurla nümayiş etdirəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.