CƏMİYYƏT
Xalqımız bu günü və sabahı üçün ulu öndər Heydər Əliyevə borcludur
Bakı, 12 dekabr, Flora Şükürova, AZƏRTAC
Hər bir dövlətin, xalqın tarixində elə böyük şəxsiyyətlər, liderlər vardır ki, onların xatirəsi həmişə ən yüksək ehtiram və hörmətlə yad olunur. Azərbaycan xalqı da unudulmaz lideri Heydər Əliyevin xatirəsini hər zaman yüksək ehtiramla anıb və anacaqdır. Çünki xalqımız bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn paytaxt sakini Elnur Məmmədov deyib.
Vurğulayıb ki, əbədi yaddaşlarda qalan Heydər Əliyevin tərbiyəvi fikirləri də bizə bir örnəkdir, yeniyetmə və gənclərin təlim-tərbiyəsində bu amillərdən istifadə olunur. Bu gün yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda təlim-tərbiyəsində bu dahi şəxsiyyətin müdrik fikirləri böyük məna kəsb edir. Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu Öndər qəlblərdə daim yaşayacaq.