SİYASƏT


Xarici işlər naziri Azərbaycan-Avropa Media Forumunun iştirakçıları ilə görüşüb

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa Media Forumunun iştirakçıları ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Media Forumunda 9 ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Almaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan media agentliklərinin 22 nümayəndəsi iştirak edib.

Nazir Ceyhun Bayramov media nümayəndələrinə Azərbaycanın xarici siyasət prioritetləri və bölgədəki rolu, o cümlədən müstəqilliyini bərpa etdiyi ilk gündən üzləşdiyi təcavüz siyasəti və onun nəticələri, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnən 44 günlük müharibə, postmünaqişə dövründə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin görüşləri nəticəsində əldə edilən razılaşmaların icrası, o cümlədən sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, kommunikasiyaların açılışı ilə bağlı məsələlərə dair məlumat verib. Ceyhun Bayramov bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışlarını da media nümayəndələri ilə bölüşüb.

Sonra xarici işlər naziri media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.