CƏMİYYƏT


Xarkovda azərbaycanlıların qəhrəmanlığını tanıdan məkan - AZƏRTAC-ın FOTO REPORTAJI VİDEO

Xarkov, 8 dekabr, AZƏRTAC

Azərbaycanı dünyaya tanıdan qəhrəmanlarından biri də Sovet İttifaqı Qəhrəmanı Faris Səfərovdur. Faris Səfərov 1920-ci il iyunun 20-də Ağdaş rayonunun Ləki kəndində anadan olub. Böyük Vətən müharibəsi illərində sovet ordusu sıralarında Ukraynanın azad olunmasında iştirak edib. 1944-cü il martın 19-da “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Faris Səfərov xüsusilə Zaporojye, Xarkov şəhərlərinin alman faşistlərindən azad edilməsində qəhrəmanlıq göstərib. Müharibədən sonra Bakıda yaşayan və işləyən Faris Səfərov 1964-cü ildə avqustun 27-də, 44 yaşında vəfat edib.

Ukraynalılar Faris Səfərova olan sevgilərini onun adının əbədləşdirilməsi ilə sübut edirlər. Xarkov şəhərinin mərkəzi hissəsində Fariz Səfərov adına park salınıb. Parkda Azərbaycanın üçrəngli dövlət bayrağı da dalğalanır.

AZƏRTAC Xarkovdakı Faris Səfərov adına parkdan foto və video reportajı təqdim edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.