CƏMİYYƏT


Xəbərdarlıq: Havanın temperaturu enəcək, sulu qar, qar yağacaq

Xəbərdarlıq: Havanın temperaturu enəcək, sulu qar, qar yağacaq

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 7-si günün ikinci yarısından 10-dək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, fevralın 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° enəcəyi, fevralın 9-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı proqnozlaşdırılır.

Fevralın 7-də gecə saatlarından başlayaraq respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, fevralın 8-dən isə əksər rayonlarda havanın yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.

Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° enəcək.

Fevralın 11-dək yollar buz bağlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.