CƏMİYYƏT


Xətai rayonunda ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 9 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Xətai rayonunda İ. Zülfüqarov küçəsi, 89-91 ünvanında fiziki şəxs Abıyeva Rəxşəndə Allahverdi qızına məxsus “Qızıl-Baş” kafesində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı və temperatur rejiminə riayət edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi müəyyən olunub. Həmçinin müəssisədə markalanmasına dair etiket məlumatları və mənşəyi məlum olmayan süd məhsulları (qatıq, şor), mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət edilmədən saxlanılan xırdabuynuzlu heyvan ətləri və yarımfabrikatlar aşkar edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.