CƏMİYYƏT
Xətai rayonunda keçirilən aksiya zamanı məktəblilər 100-dən çox ağac əkiblər
Bakı, 24 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Xətai Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti yaşıllaşdırma aksiyası rayon ərazisində fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələrində keçirilib. Kampaniyanın əsas məqsədi ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alan şagirdlərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaqdır.
Ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edən aksiya zamanı şagirdlər 100-dən çox şam və küknar ağacı əkiblər. Həmçinin ərazi zibilliklərdən təmizlənib, ağaclara qulluq edilib.
Aksiyanın hər həftə keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]