ELM VƏ TƏHSİL


Xəzər Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq qurub

Bakı, 15 mart, AZƏRTAC

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və şair-yazar İmdat Avşar Kapadokya Universitetində olublar.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, rektor Hasan Ali Karasar Türkiyənin tarixi bölgəsi olan Kapadokya və universitet haqqında məlumat verib. O, qonaqları universitetin laboratoriyaları, muzey içində yerləşən sinifləri və kitabxanası ilə tanış edib. H.Karasar Kapadokya Universiteti adından M.Ə.Rəsulzadənin 1930-cu ildə Parisdə rus dilində çap olunmuş “Panturanizm” haqqında kitabını H.İsaxanlıya təqdim edib.

H.İsaxanlı səmimi qəbul üçün Kapadokya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib və Xəzər Universiteti haqqında məlumat verib.

Sonra hər iki universitet arasında rəsmi müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.