REGİONLAR


Xəzər dənizinin Lənkəran sahili boyu ekoloji aksiya keçirilib

Lənkəran, 11 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 11-də Xəzər Günü ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumlarının və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının, rayon könüllülərinin iştirakı ilə Xəzər dənizinin Lənkəran sahili boyunca iməcilik keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Xəzər dənizinin sahilində yerləşən çimərlik sahələrinə atılan bərk məişət tullantıları, xüsusilə də, plastik qablar və polietilen torbalar ərazidən təmizlənib.

Ümumilikdə, 100 nəfərin iştirak etdiyi ekoloji aksiya zamanı çimərlik sahəsində yerləşən istirahət mərkəzlərinə baxış keçirilib, ərazidə istirahət edənlərlə maarifləndirmə söhbətləri aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.