CƏMİYYƏT


Xəzər rayonunda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Heydərovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Polis əməkdaşları onun narkotik maddələri əldə etdiyi şəxsi də müəyyənləşdirilib. E.Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E.Nurəliyev də saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən 250 qramdan çox heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.