CƏMİYYƏT
Xəzər rayonunda virtual inşa yazı və rəsm müsabiqələrinin qalibləri təltif ediliblər
Bakı, 19 iyun, AZƏRTAC
Xəzər Rayon Gənclər və İdman İdarəsinin (XRGİİ) təşkilatçılığı ilə “Evdə qal”, “Mən evdəyəm”, “Biz birlikdə güclüyük!” devizi altında keçirilən “Doğru və yanlış düşüncə” adlı virtual inşa yazı və rəsm müsabiqələrinin qalibləri təltif ediliblər.
İdarənin rəisi Vüqar Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, rayonun yeniyetmə və gəncləri mənəvi həyat mövzusunda keçirilən tədbirlərdə fəal iştirak edirlər. Bu cür tədbirlər onların asudə vaxtlarının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. V.Əliyev bildirib ki, rayonda yeniyetmə və gənclərin bacarıqlarının inkişaf etdirilməsi, ölkəmizdə yayılan koronavirus pandemiyası ilə bağlı maarifləndirilmə məqsədilə bundan sonra da tədbirlərin təşkili nəzərdə tutulub.