Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Xəzərdə biznes üçün ən uyğun yer

Bakı, 28 yanvar, AZƏRTAC 

Xəzər dənizinin dünyanın ən nəhəng neft və qaz sənayesi mərkəzlərindən biri kimi yenidən yüksəlişi 1994-cü ildə, yəni Azərbaycan öz müstəqilliyini qazandıqdan cəmi 3 il sonra, sadəcə, bir müqavilənin imzalanması ilə başladı. Biz ötən il həmin müqavilənin imzalanmasının 25 illiyini qeyd etdik. Bu, ölkənin Xəzərdəki nəhəng neft və qaz ehtiyatlarının işlənməsinə investisiya qoymağa dəvət edilmiş iri xarici neft şirkətləri ilə Azərbaycanın bağladığı ilk saziş idi. “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının birgə işlənməsi üçün imzalanmış həmin müqaviləyə sonradan Azərbaycanın ümummilli lideri Heydər Əliyev “Əsrin müqaviləsi” adını verdi - müqavilənin ölkə üçün vacibliyini və dünya üçün əhəmiyyətini bundan da yaxşı ifadə etmək mümkün deyildi. Bu adla həm də ölkənin yeni müstəqillik tarixinin və Azərbaycanın neft-qaz sənayesinin dirçəlişi üçün uzun yolun başlandığı ifadə olunurdu. Bu sözləri AZƏRTAC-a BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. AZƏRTAC Bəxtiyar Aslanbəylinin məqaləsini təqdim edir.

Ədalətli və şəffaf tərəfdaşlıq modeli

“Əsrin müqaviləsi”nin taleyinə sonradan başqalarının da uğurla gedə biləcəyi bir yol açmaq yazılmışdı - Azərbaycan bütün keçmiş Sovet İttifaqı respublikaları arasında regiondakı qonşuları ilə yaxşı münasibətlərini qoruyub saxlayaraq öz enerji sektorunda geniş beynəlxalq iştirakı təmin edən ilk ölkə oldu.

Bu müqavilə həmin dövrdə xeyli riskli hesab edilən bir şəraitdə BP kimi beynəlxalq neft şirkətlərinin neft və qaz ehtiyatlarının işlənməsi üçün əminliklə iri sərmayələr yatırmasına imkan verən hüquqi sənəd nümunəsinə çevrildi.

İqtisadiyyat, idarəetmə konsepsiyaları, metodlar və proseslər, texnologiya və infrastruktur dəyişikliyə ehtiyac duyurdu. Yeni biznes mühitinin yaradılması zərurəti var idi. Və zəruri olan bu dəyişiklikləri etmək üçün planlar qurmaqda ölkə çox cəld tərpəndi - xarici tərəfdaşların milyardlarla dollar investisiyalara başlaması üçün gərək olan etimadı təmin etdi. Bu investisiyalar ölkədə güclü və dayanıqlı iqtisadiyyatın qurulmasına dəstək verərək bu cür layihələrin həyata keçirilməsinə imkan yaradacaqdı. Bütün bunları başa düşərək ölkə xarici investorların Azərbaycanda qazanclı və dayanıqlı biznes qurması üçün əlverişli mühit yaratmaq əzmində olduğunu dərhal və qətiyyətlə bəyan etdi.

Ölkənin gələcəyi üçün hökumətin qurduğu planlar çoxşaxəli idi. Bu planlar Azərbaycanın əlverişli, şəffaf və ardıcıl tətbiq olunan biznes, hüquq və vergi mühiti qurmaq, keçmiş uğura söykənən və biznes sahəsinə bacarıqlı insanları yönəldən təhsil sistemi yaratmaq, dürüstlüyü və keyfiyyətli iş icrasını dəyərləndirən hökumət və biznes mədəniyyəti formalaşdırmaq məqsədli addımlar atmaq niyyətini əhatə edirdi. Bütün bunlar yalnız xarici investisiyaları cəlb etməklə və onun rentabelliyi və dayanıqlılığı üçün güclü təməl yaratmaqla qalmayacaqdı, həm də yerli biznesin inkişafına təkan verəcəkdi.

İndi 25 ildən sonra Azərbaycanda birgə layihələrin müstəsna uğurunun səbəbinin nə olduğu soruşularsa, bunun əminliklə bir cavabı var - etimada söykənən ədalətli və şəffaf tərəfdaşlıq. Artıq deyə bilərik ki, BP və tərəfdaşları Azərbaycan hökuməti və SOCAR-la əl-ələ verərək dünyada dövlət və özəl sektor arasındakı ən uğurlu tərəfdaşlıqlarından birini qurublar. Bu tərəfdaşlıq isə həm ölkənin, həm də regionun büsbütün dəyişməsi ilə nəticələnib.

İqtisadiyyata böyük təkan

Ötən 25 il ərzində xarici investorların regionda gördükləri işlərin xronologiyasına baxsaq Xəzərdəki təhlükəsiz, məsuliyyətli və səmərəli əməliyyatlara əsaslanan çoxsaylı unikal və əlamətdar hadisələrlə dolu rəngarəng fəaliyyətlər xəritəsi görərik. Bu fəaliyyətlər həm ölkə, həm də onun biznes tərəfdaşları üçün möhtəşəm uğurlar gətirib.

Buna görə də, biz hamımız gərək “Əsrin müqaviləsi” imzalanandan bəri təkcə ölkənin deyil, həm də bütün regionun inkişafını bu fəaliyyətlərin nəticəsi kimi dəyərləndirək.

Bu müqavilə

• dünyanın əsasən bütün iri neft və qaz şirkətlərinin iştirakı ilə bağlanmış 30-dan çox digər hasilatın pay bölgüsü sazişinin imzalanmasına yol açdı;

• güclü və artan iqtisadiyyatın yaranmasına töhfə verdi;

• Azərbaycan dövləti üçün bu iqtisadi artımı dəstəkləyən yeni əhəmiyyətli gəlir mənbəyi təmin etdi;

• ölkənin dünya ilə qurduğu yeni ticarət əlaqələrinə əhəmiyyətli töhfə verdi;

• dünya səviyyəli dəniz karbohidrogen hasilatı sektorunu yenidən dirçəltdi və quruda da etibarlı, təhlükəsiz və ətraf mühitin qayğısına qalan neft ixrac sisteminin - Xəzər neftini birbaşa dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin yaradılmasına imkan verdi;

• Xəzərin sahillərində dünyanın ən müasir neft və qaz emalı obyektlərindən birini yaratdı;

• investorlarda inam yaratdı ki, nəhəng “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsini uğurla həyata keçirsinlər və Xəzərin tarixində ilk dəfə olaraq Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazilərindən keçərək İtaliyaya qədər uzanan dəyər zənciri vasitəsilə birbaşa Avropa bazarlarına nəql edilsin;

• dünya səviyyəli istehsal, təlim və təhsil obyektlərinin yaradılmasına imkan verdi və ümumilikdə ölkədə peşə və bacarıq bazasını gücləndirdi;

• rəqabətqabiliyyətli yerli təchizat zəncirinin formalaşmasını stimullaşdırdı;

• yüksəktəhsilli yerli mühəndislərin və dünya səviyyəli digər peşəkar kadrların yetişməsinə imkan yaratdı;

• yerli tikinti sektorunda on minlərlə iş yeri yaratdı;

• bacarıqların inkişafı, infrastruktur, təhsil və gəlirli biznes imkanları yaratmaqla yüzlərlə kənd icmasında davamlı inkişafa dəstək verdi.

Əldə edilmiş faydaların və uğurların miqyası nəhəngdir. Bütün bunların əsasında tərəflərin hamısının əvvəldən sazişin tələblərinə və standartlarına tam uyğun şəkildə işləmək öhdəliyi və onların bu iri layihələrin gerçəkləşməsinə və imzalandıqdan sonra ölkənin qanunu kimi qüvvəyə minmiş hasilatın pay bölgüsü sazişlərinin həyata keçirilməsinə verdiyi töhfələr durur.

Sadəcə, bir müqavilənin bu qədər dəyişiklik, transformasiya, inkişaf və artım gətirə biləcəyinə inanmaq çətindir. Burada sadalanan nailiyyətlərin hətta bir neçəsi belə bütün tərəflərin bu uğur hekayəsində öz iştirakından qürur duyması üçün kifayət edir.

Şübhəsiz ki, bütün bu nailiyyətlərdə ölkə rəhbərliyinin böyük rolu var və bunlar ölkə rəhbərliyinin neft-qaz sahəsində yürütdüyü uzaqgörən siyasətin və Azərbaycan xalqının dəyişikliklərə, transformasiyaya və inkişafa məmnuniyyətlə qoşulmaq niyyətinin bəhrəsidir.

Etiraf etmək lazımdır ki, xarici və yerli biznes üçün sağlam və əlverişli mühit yaratmaq məqsədilə hökumətin həyata keçirdiyi islahatlar və atdığı digər mühüm addımlar olmadan bunların heç birinə nail olmaq mümkün olmazdı. Həmçinin hökumət, müvafiq nazirliklər, SOCAR, xarici neft şirkətləri və onların podratçıları arasındakı sıx əməkdaşlığın da əhəmiyyəti böyük olub.

Nəticədə, cəmi 25 il ərzində ölkə büsbütün dəyişdi və indi dünyanın aparıcı neft və qaz hasil edən ölkələrindən biri kimi güclü inkişaf yolundadır.

Sənayenin böyüməsi ölkəni regional mərkəzə çevirdi və əlaqədar bizneslərin formalaşması və iş yerlərinin açılması, tərəfdaşlıq əlaqələrinin qurulması və dünya bazarları ilə əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların və dünya təcrübəsinin ötürülməsi, əhəmiyyətli gəlirlər gətirən irimiqyaslı neft və qaz layihələri üçün dinamik xidmət sektorunun inkişafı baxımından artan imkanlar yaratdı.

Bu, ölkəyə imkan verdi ki, davamlı olaraq iqtisadiyyatın şaxələnməsinə xüsusi diqqət ayırsın. Neftdən əldə edilən irihəcmli gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilmiş və beləliklə, qeyri-neft sektorunun ölkənin sürətli iqtisadi artımının dayanıqlılığını təmin edəcək səviyyəyədək inkişaf etdirilməsi istiqamətində böyük işlər görülüb.

Ən böyük qazanc - güclü insan kapitalı

Əvvəldən də aydın idi ki, istehsaldan daha çox xidmət sektorlarında iş yerləri açılacaq. Buna görə də ölkə neft və qaz sənayesi üçün dinamik xidmət sektorunun inkişafına, habelə iqtisadiyyatın digər sahələrində məqsədyönlü diversifikasiyaya xüsusi diqqət ayırdı.

Eyni zamanda, ölkə öz “neft kapitalını insan kapitalına çevirmək” üçün yüksəkixtisaslı yerli mütəxəssislərin və dünya səviyyəli işçi qüvvəsinin formalaşdırılmasını daim diqqətdə saxladı.

Azərbaycanın Xəzər regionundakı uzunmüddətli tərəfdaşı olaraq, layihələrimizdə və əməliyyatlarımızda iştirak edən Azərbaycan vətəndaşlarının ixtisasartımı və inkişafı sahəsində qazandığımız uğurlarla qürur duyuruq. Azərbaycanda artıq beynəlxalq mütəxəssislərlə rəqabət apara biləcək və digər ölkələrdə BP-nin qlobal biznesində vəzifə təyinatları ala biləcək səviyyədə çoxsaylı yerli mütəxəssis yetişdirmişik. Təkcə 2019-cu ildə 10-a yaxın gənc azərbaycanlı BP-nin qlobal əməliyyatlarında rəhbər vəzifələrə təyin edilib.

Bu, onu göstərir ki, ölkənin keçmişdəki zəngin insan kapitalı ənənələri geri qayıdır. Bir zamanlar Sovet İttifaqının neft üzrə aparıcı ali məktəbi olan Bakı Neft və Kimya İnstitutunda bir çox xarici ölkələr üçün neft və sənaye mütəxəssisləri yetişdirməkdə mərkəz hesab edilən Azərbaycan indi bu sahədə milli potensialın inkişafında öz keçmiş uğurlarını təkrar geri qaytarır. Əldə edilən nəticələr möhtəşəmdir - artıq ölkənin, qeyri-neft sektoru da daxil olmaqla, regional və dünya bazarlarına ixrac etdiyi dünya səviyyəli milli kadr potensialı və insan kapitalı var.

Xəzərdə biznes üçün ən uyğun yer

İnvestisiya qoyulan sahələrin şaxələnməsi, həmçinin insan kapitalının inkişafı həm Azərbaycan iqtisadiyyatı üçün birbaşa olaraq, həm də ölkənin Xəzərdə regional biznes mərkəzinə çevrilməsi imkanından düzgün faydalanması baxımından son dərəcə vacib əhəmiyyət daşıyıb. Müstəqilliyinin bərpasından başlayaraq Azərbaycan regionda biznes qurmaq üçün ən uyğun yer kimi özünü fərqləndirmək məqsədini qoyub və buna nail olub.

Azərbaycanın haqlı olaraq qürur duya biləcəyi 25 illik inkişaf və uğur tarixi, ölkənin xarici tərəfdaşlarının və özünün uzunmüddətli planlarının həyata keçirilməsində söykənə biləcəyi zəmini təmin edib. Azərbaycanın ən böyük xarici tərəfdaşı və ölkənin iri neft-qaz layihələrinin operatoru olaraq, inanırıq ki, bu ölkədə biznes uğurlu olmaqda davam edəcək, buna görə də AÇG və “Şahdəniz” layihələrindəki tərəfdaşlarımızla birlikdə hər iki müqaviləni əsrin ortalarına qədər uzatmışıq.

Biz Azərbaycanı biznes üçün əlverişli bir ölkə kimi görürük. Bura investorların effektiv şəkildə biznes qura biləcəyi və şirkətlərin səmərəli şəkildə fəaliyyət göstərə biləcəyi bir yerdir.

Azərbaycan vətəndaşları da yüksək, həm də biznes üçün tələb olunan sahələrdə təhsil almış insanlardır və onlar biznesi cəlbedici, stimullaşdırıcı və gəlirli karyera imkanı kimi görürlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

Bosniya və Herseqovinada daşqın azı 14 nəfərin həyatına son qoyub

Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

NDU-da təhsildə inkişaf mərhələlərinə dair II Respublika elmi konfransı keçirilib

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Cəbrayıl bərpa və firavanlıq yolundadır - RƏY

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb

Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib

Fransada solçu deputatlar yeni Baş nazirə etimadsızlıq votumu irəli sürüb

Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib

İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib

“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib

Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir

“İrəvan gündəliyi” kitabının təqdimatı olub

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi yaradılacaq

Cəbrayılda Şəhər Günü qeyd olunub FOTO

Balaxanı Sənaye Parkında daha iki şirkət rezident statusu alıb

Ötən ay “Azərbaycan Dəmir Yolları” ilə 809 minə yaxın sərnişin daşınıb

Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadi Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq edəcək

® “Waze” şirkətinin həmtəsisçisi Bakıya gəlir

“Azərbaycan Respublikası Xatirə kitabı”nın IV cildinin xüsusi buraxılışının təqdimatı keçirilib

Türkiyə ilə Azərbaycanın prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələr yüksək səviyyədə inkişaf edir

Kristofer Çop: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur VİDEO

TDT ölkələrinin XİN başçıları müavinlərinin siyasi məsləhətləşmələrinin ikinci mərhələsi keçirilib

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Niderlandın koalisiya hökumətinə etiraz məktubu ünvanlayıb

ADPU-da görüş – 40 il sonra yenidən doğma universitetdə

Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini “Neftçi” üzərində qazanıb

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Şuşada və Xankəndidə erməni vandalizminin ağır nəticələrini müşahidə edib

Kemi Seba “ASAN xidmət”də olub

Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Yeni nəşr: “Azərbaycan beynəlxalq münasibətlər sistemində (XV-XVI əsrlər)”

ABŞ mətbuatı: Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?

Bakı Beynəlxalq Kitab Sərgisinin Çindən olan iştirakçıları ilə ADU-da görüş keçirilib

Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Naxçıvanda “KOB Fest” sərgi-satış yarmarkası açılıb

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib

Kürdəmirin Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenilənir

AYNA: “Qırmızı körpü”də 350 avtomobil gözləmədədir

Babək rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Azərbaycan “Lapis Lazuli” marşrutu üzrə əməkdaşlıq imkanlarını müzakirə edib – YENİLƏNİB

Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni darmadağın edib

Türkiyənin ədliyyə naziri Azərbaycan Ali Məhkəməsində olub

“İnsan hüquqları və dünya dinləri” - seminar

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaşları qəbul edib

Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Naxışların rəqsi” adlı sərgi açılıb VİDEO

Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar

Qarabağ Universitetinin rektoru tələbələrlə silsilə görüşlər keçirib

Azərbaycan Qazaxıstanda keçirilən böyük tibb forumunda təmsil olunub

Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Dubayda keçirilən “WGES-2024” sammitində COP29 ərəfəsində prioritetlər müəyyən edilib

Slovakiyanın metrologiya, standartlar və akkreditasiya qurumlarının nümayəndələri AzMİ laboratoriyaları ilə tanış olublar

Azərbaycan klubunun avrokubok oyunlarını idarə edəcək hakimlər dəyişdirilib

İqlim dəyişikliyinin transsərhəd su idarəçiliyinə təsiri məsələləri müzakirə edilib

Britaniya Livana əlavə 10 milyon funt-sterlinqlik yardım ayırıb

Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

“Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi Salyanda davam etdirilib

Azərbaycanda tanınmış alim vəfat edib

Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb

Agentlik: Orta məktəblərdə 151 minə yaxın müəllim fəaliyyət göstərir

“Azərreyl” Kolumbiya millisinin voleybolçusunu transfer edib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

Əlilliyi olan şəxslər reabilitasiya vasitələri ilə evlərində təmin edilib

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində keçirilən tədbirdə startapların əhəmiyyətindən danışılıb

Qida Təhlükəsizliyi İnstitutu sahibkarlara müraciət edib

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib YENİLƏNİB

Yunis Hüseynov: “Qarabağ”ın oyununda hansısa çatışmazlıq görünmür

“PAŞA Bank Kuboku VI” proqramlaşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADY-də yük əməliyyatlarının müddəti 20 dəqiqə azalıb

Elmi çağırışların həllində qlobal və regional əməkdaşlığın roluna dair müzakirə aparılıb

“Azəripək” MMC-də pambıq parça istehsalına başlanılacaq

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Azərbaycanın və Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

® “Kapital Bank”dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər

Məktəblilər arasında “BilBacar” müsabiqəsi başlayır

Parlamentin İnsan hüquqları komitəsinin ilk iclasında iki məsələ müzakirə edilib

Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Aqrar Xidmətlər Agentliyinin sədri Qusarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Səhiyyə sahəsi iqlim dəyişikliyi müzakirələrində getdikcə daha vacib yer tutur

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək

Azərbaycan Yazıçılar Birliyində Reyhan Mirzəzadənin “Qafqazın poetik abidəsi” kitabının təqdimatı olub

Dünyanın ən zəngin ikinci adamı Mark Zukerberq olub

Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşüb

“Sumqayıt” kanadalı basketbolçu ilə güclənib

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iki məsələyə baxılıb

Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

Avropalı alimlər Azərbaycanın ekoloji siyasəti barədə məlumatlandırılıblar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin geniş tərkibdə iclası keçirilib

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Cahangir Novruzov: Qarabağ Universitetinin hər bir müəllimi öz ölkəsinin əsl vətənpərvər övladıdır

Manisa Xalq Kitabxanasına Azərbaycana aid kitablar hədiyyə edilib