QAN YADDAŞI


Xocalı soyqırımı Ermənistanın Azərbaycan xalqına qarşı apardığı təcavüzkar siyasətin ən qanlı səhifəsidir

Bakı, 26 fevral, AZƏRTAC

Yunanıstan-Azərbaycan “Qala” Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Dostluq cəmiyyətinin baş katibi Salatın Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edənlər Xocalı soyqırımını Ermənistanın xalqımıza qarşı apardığı işğalçı siyasətində misli görünməmiş vəhşət və ən qanlı səhifə adlandırıb, bu qətliamın təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətlərdən biri olduğunu deyiblər.

Qeyd edilib ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət nəticəsində dünyanın müxtəlif ölkələrində 26 fevral tarixi anım günü kimi qeyd edilir, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.