QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Çərkəzköy şəhərində anılıb

Çərkəzköy, 18 fevral, AZƏRTAC 

Türkiyənin Təkirdağ vilayətinin Çərkəzköy şəhərində “Dünəndən bu günə qədər erməni təcavüzkarlığı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Çərkəzköy Türk Ocaqları tərəfindən təşkil olunan tədbirdə şəhərin ziyalıları və rəhbər şəxsləri, yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztəkin məruzəsi dinlənilib.

Saxta “erməni soyqırımı” siyasi müzakirəyə çıxarılandan bu günümüzədək əsassız iddianın ayrı-ayrı istiqamətlərindən bəhs edən İbrahim Öztək dinləyicilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb və məqsədləri barədə müfəssəl məlumat verib. Erməni millətçi dairələrinin Türkiyə və Azərbaycan xalqlarının qonaqpərvərliyindən istifadə edərək daim xəyanət yolu tutduqlarını diqqətə çatdıran professor bildirib ki, ötən əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonunda da ermənilər bütün qüvvələrini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxıblar. Xocalı soyqırımının törədilməsinin əsas məqsədi Azərbaycan xalqında düşmən xofu yaratmaq, ölkədə xaosa nail olmaq və bunlara da işğalçılıq niyyətlərini gerçəkləşdirmək olub. Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət olduğunu diqqətə çatdıran professor İbrahim Öztək bildirib ki, sülhsevər dünya ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ədalətli mövqe sərgiləməlidir. Saxta “erməni soyqırımı” iddiası ilə çıxış edənlərə ən tutarlı cavab ermənilərin Xocalıda törətdikləri soyqırımıdır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Çərkəzköy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.