SİYASƏT


Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə N hərbi hissəsinin şəxsi heyəti, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və Xocalı faciəsinin şahidləri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışılıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb.

Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı fotosərgiyə baxış keçirilib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin hazırladığı bədii kompozisiya ilə sona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.