REGİONLAR


Xocalı soyqırımının 29-cu ildönümü Neftçalada dərin hüznlə qeyd olunub

Neftçala, 26 fevral, Mahir Babayev, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü Neftçalada dərin hüznlə qeyd olunub, şəhidlərin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçalada Xocalı soyqırımı ilə bağlı keçirilən anım mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən başlanıb. Rayonun yüzlərlə sakini, icra strukturlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri abidə önünə gül dəstələri düzərək Xocalı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Neftçalalılar təəssüf hissi ilə qeyd ediblər ki, dünya təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətə hələ də lazımi reaksiya vermir və bu səbəbdən insanlıq tarixində yeni-yeni faciələr yaşanır.

Rayondakı Heydər Əliyev Mərkəzində rayon mədəniyyət mərkəzinin kollektivinin təqdim etdiyi "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya mərasim iştirakçılarını bir daha o ağır günlərə qaytarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.