İDMAN


Xorvatiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Bakı, 19 avqust, AZƏRTAC

Xorvatiya yığmasının Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Zlatko Daliç heyətə 23 futbolçu dəvət edib.

Heyətə qapıçılar - Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Luton", İngiltərə), müdafiəçilər - Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer" Leverkuzen, Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Borna Barişiç ("Reyncers", Şotlandiya), Karlo Bartolets ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Rizespor", Türkiyə), yarımmüdafiəçilər - Luka Modriç ("Real Madrid", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlasiç (MOİK, Rusiya), hücumçular - İvan Perişiç ("İnter", İtaliya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Berkalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç və Mislav Orsiç ("Dinamo", Zaqreb) dəvət olunublar.

Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, üç gün sonra isə Azərbaycan millisi ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.