DÜNYA


Xorvatiyada koronavirusa yoluxanların sayı 14 min nəfəri keçib

Zaqreb, 16 sentyabr, AZƏRTAC

Xorvatiyada koronavirusa yoluxanların sayı 14 min 29 nəfərə çatıb. AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 24 saat ərzində 280 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 236 nəfər, sağalanların sayı isə 11 min 690 nəfərdir. Qeyd edək ki, Xorvatiyada virusla mübarizə öncədən müsbət nəticələr göstərsə də, son ayda yoluxanların sayı yüksək templə artmağa başlayıb. Hökumət vətəndaşları məsuliyyətli olaraq sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.