REGİONLAR
“Xüsusi təhsilə cəlb olunan şagirdlərlə iş” layihəsi yekunlaşıb
Göygöl, 5 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində qalib olan “Xüsusi təhsilə cəlb olunan şagirdlərlə iş” layihəsi yekunlaşıb.
Göygöl Rayon Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib ki, evdə fərdi təhsilə cəlb olunan şagirdlərin müxtəlif yaradıcılıq işlərinə, tədbirlərə və ekskursiyaya cəlb olunması, cəmiyyətə inteqrasiyası, müxtəlif bacarıqlarının inkişaf etdirilməsi, yaradıcılıq sahələrinə maraqlarının formalaşdırılması məqsədilə keçirilən layihə iyul ayının 2-dən oktyabrın 2-dək davam edib.
Layihə çərçivəsində özünü inkişaf, motivasiya, əl qabiliyyətinin artırılması mövzularında şagirdlər üçün qısamüddətli təlimlər keçirilib. Müəyyən olunmuş vaxtlarda şagirdlərin tarixi memarlıq abidələrinə ekskursiyaları təşkil edilib. Göygöl Tarix-Diyarşünalıq Muzeyi, Viktorun ev-muzeyi, Nizami Gəncəvi məqbərəsi, Gəncə Şəhər Heydər Əliyev Park-Kompleksi, Şah Abbas məscidi, Cavad xan türbəsinə maarifləndirici gəzinti də onlarda dərin təəssürat oyadıb. Şagirdlər, həmçinin Gəncə Dövlət Dram Teatrında da olub, tamaşaları izləyiblər.