REGİONLAR
YADDAŞ : 2020-ci il 8 oktyabr. Düşmən Gəncəni yenidən hədəf aldı - mülki obyektlərə, yaşayış binasına və bir avtomobilə ziyan dəydi VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri iki il öncə, oktyabrın 8-də saat 4 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutdu. Raket zərbələri nəticəsində şəhər ərazisində bir neçə mülki obyektə, yaşayış binasına, 1 avtomobilə ziyan dəydi. Xoşbəxtlikdən ölən və yaralanan olmadı.
AZƏRTAC raket atəşindən sonra hadisə yerindən çəkilən fotoları təqdim edir.
44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.