İQTİSADİYYAT
YALTADA KEÇİRİLƏCƏK ELMİ SİMPOZİUMDA AZAD TİCARƏT ZONASININ PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLƏCƏKDİR
Avqustun 15-də Yaltada açılacaq beynəlxalq elmi simpoziumda “MDB-nin üzvü olan ölkələr arasında azad ticarət zonasının tətbiq edilməsi və optimal fəaliyyət göstərməsi mexanizmi” mövzusunda məsələ müzakirə ediləcəkdir.
İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş xəbərdə bildirilir ki, bu forumda Birlik ölkələrinin iqtisadiyyat qurumlarının rəhbərləri və elmi əməkdaşlar, MDB icraiyyə komitəsinin rəhbərləri, ümumdünya ticarət təşkilatının, GUÖAM, Avqopa İqtisadi Şurasının, eləcə də Polşa, Slovakiya, Macarıstan və Çexiyanın nümayəndələri iştirak edəcəklər.
Birlik çərçivəsində azad ticarət zonasının yaradılması ticarət qaydalarını liberallaşdırmağa və ticarət münasibətlərindəki mövcud maneələri aradan qaldırmağa, sərmayələrin və xidmətlərin dövriyyəsinin sadələşməsinə kömək edəcəkdir.
Simpozium avqustun 16-da öz işini başa çatdıracaqdır.