İQTİSADİYYAT


YANVARDA RUSİYADA İNFLYASİYA SÜRƏTLƏ ARTIR

Hər il olduğu kimi, indi də yanvarda Rusiyada inflyasiyanın sürətlə artması meyli müşahidə edilir. AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, bunu Rusiya hökumətinin sədri Mixail Kasyanov yanvarın 22-də hökumətin iclasında açıqlamışdır. O demişdir ki, ərzağın və qeyri-ərzaq mallarının qiymətləri, demək olar, artmır, lakin əhaliyə göstərilən xidmətlər xeyli bahalaşır. Elə bölgələr var ki, bu göstəricilər qat-qat yüksəkdir.

Mərkəzi Banka, maliyyə, iqtisadi inkişaf və ticarət nazirliklərinə tapşırılmışdır ki, bu il inflyasiyanı 10 faizədək azaltmağa nail olmaq üçün digər sahələr üzrə göstəriciləri də araşdırsınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.