SİYASƏT
YAP icra katibinin müavini Siyavuş Novruzov Rusiyanın ordeni ilə təltif olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov Rusiya Federasiyasının "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub.
Bakıda keçirilən təltifetmə mərasimində Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakov, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatları, Əfqanıstan və Qarabağ veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.