CƏMİYYƏT


Yalnız sertifikatı olan yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün təhlükəsizdir

Bakı, 4 oktyabr, AZƏRTAC

Mağazalarda uşaqlar üçün müxtəlif yumşaq oyuncaqlar satılır. Onların keyfiyyəti və sağlamlığa təsiri valideynləri hər zaman düşündürür.

Respublika Sanitar-Karantin Müfəttişliyindən AZƏRTAC-a verilən məlumata görə, bu il həmin məhsullarla əlaqədar cəmi 10 müraciət daxil olub və onların hər biri yoxlanılandan sonra satışına icazə verilib.

Müfəttişliyin şöbə müdiri Yədulla Balışevin dediyinə görə, yumşaq oyuncaqların yol kənarında satılması düzgün deyil. Yumşaq oyuncaqların üzərinə qonan toz və digər maddələr müəyyən vaxtdan sonra uşaqlarda müxtəlif xəstəliklər və patologiyalar yaradır. Yalnız gigiyenik sertifikatı olan və keyfiyyətli məhsulun satışına icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.