İDMAN


Yan Oblak karyerasını İngiltərə Premyer Liqasında davam etdirmə variantını istisna etməyib

Bakı, 23 fevral, AZƏRTAC

İspaniyanın “Atletiko Madrid” futbol klubunun qapıçısı Yan Oblak karyerasını İngiltərə Premyer Liqasında davam etdirə biləcəyini istisna etməyib.

AZƏRTAC xəbər verir ki, sloveniyalı futbolçu bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, yaxşı bir şəhərdə, yaxşı bir ölkədə yaşayır və əla liqada oynayır. Ancaq təbii ki, Premyer Liqanı izləyir: “Bu, inanılmaz komandalarla çox xüsusi bir çempionatdır, buradakı hər oyun çox çətindir. Premyer Liqa hər bir oyunçu üçün cəlbedicidir”.

Bundan əvvəl Yan Oblak qapıçı vəzifəsinin çətinliklərdən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.