DÜNYA


“Yandeks” şirkəti serial istehsalına başlayır

Moskva, 9 fevral, AZƏRTAC

Rusiyanın “Yandeks” şirkəti serial istehsalına başlayır.

AZƏRTAC xəbər verir ki, “Vedomosti” qəzetinin yazdığına görə, “Yandeks. Studiya” artıq bu il azı 8 serialın çəkilişlərinə başlamaq niyyətindədir. İlk layihələrin 2020-ci ildə nümayiş ediləcəyi gözlənilir. Şirkət, həmçinin müxtəlif janrlarda filmlər və şou proqramlar da çəkəcək.

“Yandeks” şirkətinin Rusiya kinematoqrafiyasına həsr olunmuş “Kinopoisk” resursunun tərkibində onlayn kinoteatrı fəaliyyət göstərir. Şirkətdəki mənbə “Vedomosti” nəşrinə bildirib ki, “Yandeks” öz istehsalına başlamaqla onlayn kinoteatrı inkişaf etdirməyə və pullu abunəçilərin sayını artırmağa ümid bəsləyir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.