CƏMİYYƏT


Yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib

Bakı, 27 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı ETSN-in “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında yanğın-taktiki təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimin keçirilməsində məqsəd kollektivə yanğın təhlükəsizliyinin, o cümlədən yanğın zamanı təxliyə qaydalarının aşılanması olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə baş verə biləcək yanğın zamanı təxliyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib, yanğının söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Qeyd edək ki, təlimdə şərti yanğının baş verməsi təmin edilib və müvafiq yanğınsöndürmə qüvvələri “yanğını söndürüblər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.