İQTİSADİYYAT
Yanğına davamlı və enerjiyə qənaətcil konstruksiyalar
Bakıda keçirilən “BakuBuild” sərgisində ölkəmizi təmsil edən “PROTEH”” şirkətinə məxsus stenddə yanğına davamlı profilsiz konstruksiyalar, eləcə də şüşə qapılar öz gözəlliyi ilə diqqəti cəlb edir.
Şirkətin meneceri Samir Məcidov AZƏRTAC-a müsahibəsində deyib ki, yanğına davamlı və enerjiyə qənaətcil konstruksiyalar inşaat qaydalarına və yanğın təhlükəsizliyi normalarına müvafiq olaraq binalarda quraşdırılır. Şirkətin istehsal etdiyi qapıların çərçivələri alüminium və poladdan hazırlanır. Məhsulun əsas özəlliklərindən biri yanğın zamanı tüstü və alovun yayılmasının qarşısını almasıdır. Şirkət müştərilərə istehsal, çatdırılma və quraşdırma kimi xidmətlər təklif edir.
S.Məcidov onu da əlavə edib ki, “PROTEH” yerli şirkətlərlə yanaşı, Almaniya, İsveçrə, Avstriya, Yaponiya və İngiltərənin tanınmış şirkətləri ilə də əməkdaşlıq münasibətləri qurub.