İQTİSADİYYAT


Yanvar-avqust aylarında ixrac və idxal olunan məhsullar açıqlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Bu ilin 8 ayında ixrac və idxal olunan məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-avqust aylarında 2019-cu ilin eyni ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6,1 faiz, kartof 32,1 faiz, meyvə və tərəvəz şirələri 7,6 faiz, bitki yağları 1,7 dəfə, meyvə və tərəvəz konservləri 11,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 26,3 faiz, polietilen 39 faiz, qara metallardan borular 1,9 dəfə, bentonit gili 4 faiz artıb. Təzə meyvə ixracı isə 15,8 faiz, şəkər 41,2 faiz, tütün 27,8 faiz, çay 6,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 58 faiz, pambıq lifi 5,2 faiz, pambıq ipliyi 34,2 faiz, emal olunmamış alüminium 20,2 faiz, qara metallardan yarımfabrikatlar 78,6 faiz azalıb.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin 8 ayında təzə meyvə idxalı 15,1 faiz, bitki yağları 2,9 faiz, kərə yağı, digər süd yağları və pastaları 38,9 faiz, çay 5,9 faiz, mal əti 18,4 faiz, kartof 1,2 faiz, təzə tərəvəz 29,9 faiz, minik avtomobilləri 28,8 faiz, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8 faiz, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1 faiz artıb.

Buğda idxalı isə 20,1 faiz, xam şəkər və şəkər 0,4 faiz, quş əti və onun əlavə məhsulları 9,9 faiz, siqaretlər 78,9 faiz, qara metallardan borular 12,7 faiz, polad prokatı 7,7 faiz, mineral gübrələr 5,7 faiz, rezin şinlər 20,2 faiz, məişət kondisionerləri 30,9 faiz, mebellər 23,6 faiz, yük avtomobilləri 13,4 faiz, polietilen 27,5 faiz, paltaryuyan maşınlar 11,1 faiz, qara metallardan künclüklər 8 faiz, avtobuslar 56,1 faiz, sement və sement klinkerləri 27,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.