İQTİSADİYYAT
Yanvar-sentyabr aylarında 4866,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb
Bakı, 18 noyabr, AZƏRTAC
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 112 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 17221,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11044,1 milyon dollar, idxalın dəyəri 6177,6 milyon dollar təşkil edib, nəticədə 4866,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,2 faiz artıb, real ifadədə isə 11,9 faiz, o cümlədən ixrac 8,3 faiz, idxal 17,6 faiz azalıb.