DÜNYA


Yaponiya Kurilin cənubundakı təlim atəşlərinə görə Rusiyaya etirazını bildirib

Tokio, 10 oktyabr, AZERTAC 

Yaponiya hökuməti Kuril adalarının cənubunda keçirilən təlim atəşlərinə görə diplomatik kanallar vasitəsilə Rusiyaya etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 10-da Tokioda keçirilən ənənəvi mətbuat konfransında Nazirlər Kabinetini baş katibi Yoşihide Suqa məlumat verib.

“Belə təlimlər dörd şimal adasında Rusiya silahlı qüvvələrinin iştirakını möhkəmləndirməyə doğru aparır. Bu isə bizim mövqeyimizin tam əksinədir. Odur ki, oktyabrın 9-da Rusiya tərəfinə etirazımızı bildirdik”, - deyə Y.Suqa söyləyib.

Kyodo agentliyinin məlumatına görə, etiraz Rusiyanın Tokiodakı səfirliyi vasitəsilə çatdırılıb.

Baş katib əlavə olaraq deyib: “Məsələnin köklü şəkildə həlli üçün şimal əraziləri probleminin özünü həll etmək lazımdır. Biz bununla əlaqədar Rusiya tərəfi ilə birbaşa danışıqları davam etdirmək niyyətindəyik”.

“Sankey” qəzetinin yaydığı məlumatda Rusiya tərəfinin oktyabrın 8-də Tokionu Kuril adalarının cənubunda keçiriləcək və ayın 10-dan 13-dək davam edəcək təlimlər barədə məlumatlandırdığı bildirilir. Diqqətə çatdırılır ki, raketlərin buraxılması da daxil olmaqla təlimlər cari ildə doqquzuncu dəfədir keçirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.