İDMAN


Yaponiya Olimpiadaya gələn qonaqları iki həftəlik karantindən azad etməyi planlaşdırır

Tokio, 11 noyabr, AZƏRTAC

Yaponiya hökuməti gələn il keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına baxmaq üçün Tokioya gələcək qonaqları məcburi iki həftəlik karantin şərtindən azad etmək imkanlarını araşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 11-də Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, bununla yanaşı, Yaponiyanın hakimiyyət orqanları Olimpiadanın əcnəbi qonaqlarının koronavirus testinin mənfi olması barədə bir neçə arayış təqdim etməsini nəzərdə tutur. Həmin arayışlar uçuş ərəfəsində alınmalıdır. Yarışlara baxmaq üçün gələcək əcnəbi qonaqlar yerli hakimiyyət orqanlarının nəzarəti altında olacaqlar. Eyni zamanda, Yaponiya hökuməti hazırda mövcud olan və əcnəbilərin ictimai nəqliyyatdan istifadəsini məhdudlaşdıran qaydalardan da imtina etməli olacağını da nəzərdə tutur.

Həmçinin qeyd edilir ki, Yaponiya hökuməti epidemioloji vəziyyətin gərgin olduğu ölkələrdən gəlmək istəyən qonaqların qəbulundan imtina etməyi də planlaşdırır.

Xatırladaq ki, Tokio Olimpiadası bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il müddətinə təxirə salınıb. Buna baxmayaraq, həmin Oyunlar “Tokio-2020” adı ilə keçiriləcək.

Tokio Oyunlarının təşkilat komitəsinin iyunda qəbul etdiyi qərara görə, gələn il yarışlar üç əsas prinsipə uyğun olaraq təşkil ediləcək: təhlükəsiz şəraitin yaradılması, xərclərin minimuma endirilməsi və Oyunların formatının sadələşdirilməsi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.