DÜNYA


Yaponiya hökuməti Şimali Koreya lideri ilə sammitin keçirilməsinə çalışır

Tokio, 14 may, AZƏRTAC

Yaponiya hökuməti Şimali Koreya lideri ilə sammitin keçirilməsinə çalışır.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa parlamentin aşağı palatasındakı komitələrin birində çıxışı zamanı deyib.

Deputatlardan biri ötən həftə Pxenyan tərəfindən keçirilən ballistik raket sınağından sonra hökumətin Şimali Koreyeya etiraz bildirdiyini xatırladaraq, baş katibdən Baş nazir Şinzo Abenin Şimali Koreya lideri Kim Çen In ilə heç bir ilkin şərt irəli sürmədən görüşməsinin nə dərəcədə məqsədəuyğun olduğunu soruşub. Y.Suqa qeyd edib ki, həmin məsələ ilə əlaqədar hökumətin mövqeyi dəyişməz qalır.

Xatırladaq ki, Baş nazir Ş.Abe Kim Çen In ilə oğurlanmış yapon vətəndaşları məsələsinin həlli üçün heç bir ilkin şərt olmadan görüşməyə hazır olduğunu deyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.